Azərbaycan, Bakı, 25 noyabr /Trend/
Cəlbedici təkliflər və qiymətlərlə 3G xidmətlərinin kommersiya istifadəsinə verilməsindən sonra Azərbaycanın mobil operatoru Bakcell-in 3G istifadəçilərinin sayı sürətlə artır. Bakcell-in 3G xidmətinin məqsədi şirkətin abunəçiləri üçün yeni imkanlar yaratmaqdır. CİN, Klass və Gold abunəçiləri daxil olmaqla, bütün Bakcell istifadəçiləri 3G texnologiyasının üstünlüklərindən faydalana bilərlər.
Şirkətdən cümə günü Trend-ə verilən məlumata görə, abunəçilərinə ən yaxşı qiymət və keyfiyyət təqdim etmək məqsədi daşıyan tarif siyasətinə sadiq qalan Bakcell ən faydalı qiymətlərlə yüksək keyfiyyətli 3G xidmətlərini onların ixtiyarına verir.
"Biz öz abunəçilərimizə 2 növ 3G tarifi təqdim edirik: smartfon və 3G telefonları üçün "sür@" adlanan mobil internet paketi və kompüter və digər cihazlar vasitəsilə genişzolaqlı mobil internetdən istifadə edənlər üçün limitsiz internet paketi", - Bakcell-in baş icraçı direktoru Riçard Şirer bildirib.
"Çox yüksək sürətli "sür@" xidməti vastiəsilə internetdə axtardığınız hər şey sizdən yalnız bir "düymə" məsafəsində olacaq. Bakcell-in eksklüziv dükanlarında abunəçilər mobil telefonların, kompüterlərin, data kartların, Mi-Fi modemlərinin və cihazlarının, planşetlərin ən geniş çeşidlərini tapa və təcrübədən keçirə, eyni zamanda, düzgün seçim etmək üçün mütəxəssislərlə məsləhətləşə və yüksək səviyyəli xidmətdən yararlana bilərlər. Çox yüksək sürətli "sür@" mobil interneti vasitəsilə dünya sizə daha yaxın olacaq", - Bakcell-in baş kommersiya direktou Krasimir Genov deyib.
Əgər siz Bakcell abunəçisisinizsə, SMS vasitəsilə "3G" yazıb 3535 nömrəsinə göndərin və Azərbaycanın ən güclü 3G şəbəkəsindən faydalanın!