Azərbaycan, Bakı, 19 dekabr /Trend/
Daim aunəçilərinə həvəsləndirici aksiyalar təklif edən kabel televiziya operatoru "Ailə TV" "Ailə-yə qoşul, LCD televizor qazan" aksiyasını keçirir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi operatorun yaydığı məlumatda deyilir.
Dekabrın 20-də "Ailə-yə qoşul, LCD televizor qazan" aksiyası keçiriləcək, aksiya zamanı 10 LCD televizor oynanılacaq. Abunəçilərin qazandığı mükafatlar onlara çəkilişdən dərhal sonra təqdim olunacaq. Lotereya verilişi dekabrın 21-də "Ailə TV Kinozal" telekanalında yayımlanacaq.
Aksiyanın keçirilmə qaydalarına əsasən, lotereyada rəqəmsal yayıma qoşulan bütün abunəçilər və yeni rəqəmsal dəsti əldə etmiş müştərilər, eyni zamanda, HD yayım və rəqəmsal yayıma CAM Modul üzərindən qoşulan abunəçilər iştirak edirlər.
Lotereya uzunmüddətlidir. Aksiyada hər bir yeni abunəçi içtirak etmək hüququ qazancaq.
"Ailə-yə qoşul, LCD televizor qazan" adı altında aksiya hər il keçiriləcək və hər il bir tiraj oynanılacaq. Hər tirajın mükafat fondu 10 LCD televizor təşkil edir.
"Lotereyada hədiyyə qazanmayan abunəçilər yeni tirajda iştirak etmək imkanı qazanacaqlar və bununla da hər bir abunəçinin qazanmaq şansı və bizim "ailə"dən öz ailələrinə mükafat qazanmaq imkanı artacaq", - məlumatda deyilir.
Abunəçi qalib gəlməyənə qədər aksiyada iştirak edəcək.
Aksiyanın keçirilmə qaydalarına uyğun olaraq, artıq rəqəmsal yayımı izləyən abunəçilər və bu xidmətə qoşulan yeni abunəçilərin rəqəmsal dəstində olan "Smart card"ın unikal nömrəsinin 16 rəqəmi lotoreya biletində seriya nömrəsinə bərabər məlumat daşıyıcısı hesab olunur.