...

".az" domeninin onlayn-qeydiyyatı mümkün olacaq

Telekommunikasiya Materials 27 Dekabr 2011 20:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir H.Vəliyev/

İlin əvvəlindən "İntraNS" şirkəti ".az" milli domeninin onlayn-qeydiyyatı xidmətini təqdim edəcək. Bu barədə çərşənbə axşamı Trend-ə şirkətin baş direktoru Faiq Fərmanov bildirib.

Fərmanovun sözlərinə görə, hazırda bu istiqamətdə işlər aparılır və gözlənilir ki, xidmətdən istifadə ilin əvvəlində mümkün olsun.

İstifadəçilər sifarişi və domenin qiymətinin ödənişini saytın registratoru vasitəsilə həyata keçirə biləcəklər.

".az" domenində qeydiyyatın dəyəri 20 manatdır. Domenin illik texniki dəstəyi də bir o qədər məbləğə başa gəlir.

".az" milli zonası rəsmi olaraq 1993-cü il avqustun 25-dən fəaliyyətə başlayıb.

Hazırda ".az" milli domeni zonasında 13 mindən çox sayt qeydiyyata alınıb.

Xəbər lenti

Xəbər lenti