...

Azərbaycan Rabitə Nazirliyi telekanallar üzərində nəzarəti gücləndirib

Telekommunikasiya Materials 30 Dekabr 2011 17:16 (UTC +04:00)
"Teleradio" İstehsalat Birliyi (İB) respublika ərazisində analoq və rəqəmsal formatda yayımlanan telekanallar üzərində nəzarəti gücləndirib.
Azərbaycan Rabitə Nazirliyi telekanallar üzərində nəzarəti gücləndirib

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyi (İB) respublika ərazisində analoq və rəqəmsal formatda yayımlanan telekanallar üzərində nəzarəti gücləndirib. Trend-in məlumatına görə, bu barədə İB-nin məlumatında deyilir.

Bu, yeni dispetçer sisteminin istismara verilməsindən sonra mümkün olub.

İB tərəfindən dispetçer xidmətinin teleqüllədən "Teleradio"nun inzibati binasına köçürülməsi üzrə işlər həyata keçirilib.

Yeni dispetçer xidmətində 12 ədəd 24, 3 ədəd isə 46 diaqonal televizorlardan istifadə edilir. Onlar həm analoq, həm də yerüstü rəqəmli formatda siqnal qəbul edirlər. Bir televizorda bir neçə rəqəmsal telekanala nəzarət etmək mümkündür.

Həmçinin, peyk sistemlərindən siqnalların qəbulu təmin edilib. Bu,
Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin, respublikanın digər bölgələrində yayımlanan kanallara nəzarəti yaxşılaşdırmağa imkan verib.

Peyk siqnallarının qəbulu üçün "Dexing" şirkətinin istehsalı olan peyk qəbuledicilərindən istifadə edilir.

Xəbər lenti

Xəbər lenti