Azərbaycan, Bakı, 16 yanvar /Trend/
Yanvarın 13-də "Azerfon" şirkətinin keçirdiyi "Şanslı Mesaj" stimullaşdırıcı lotereyasının final günü oynanılıb və qalib müəyyənləşib. Trend-in məlumatına görə, bu barədə bazar ertsəi şirkətin məlumatında deyilir.
Tiraj Komissiyasının üzvü və medianın iştirakı ilə keçirilən kampaniyanın sonuncu uduş günündə Bakı şəhər sakini İsmayılov Elvin Əjdər oğlu lotereyanın qalibi olaraq təmirli mənzilin sahibi olub.
Bundan başqa, lotereyanın şərtlərinə görə, hər gün oynanılan 250 manat məbləğində uduşlarda sahiblərinə təqdim olunub.
Tədbirdə iştirak edən "Azerfon" şirkətinin nümayəndəsi qalibləri təbrik edib və gələcəkdə şirkətin yenə bu tipli stimullaşdırıcı lotereyalar, kampaniyalar keçirəcəyini vəd edib.
Qeyd edək ki, 17.10.2011 tarixindən etibarən "Şanslı Mesaj" kampaniyasına start verilib və yanvarın 13-də kampaniya başa çatıb. Lotereya keçirilən müddətdə "Azerfon" və "Vodafone" abunəçiləri gündəlik oynanılan 250 manat və hər ayında sonunda oynanılan 5000 manat məbləğində uduşlar və əsas uduş olaraq mənzil qazanıblar.
"Nar Mobile" və "Azerfon-Vodafone" ticarət nişanları ilə tanınan "Azerfon" 2007-ci ildə fəaliyyətə başlayıb və hazırda ölkənin ən innovativ və şəffaf telekommunikasiya şirkətidir. "Azerfon" şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80 faizini əhatə edir və yüksək səviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsl şəbəkəsini 3G texnologiyasına əsaslanan xidmətləri tətbiq edir.
Yanvarın 16-na olan rəsmi məzənnə 0,7864 AZN/USD təşkil edir.