...

Azərbaycanın kabel televiziyası operatorları rəqəmsal TV-yə keçid konsepsiyasını hazırlayıblar

Telekommunikasiya Materials 26 Yanvar 2012 13:37 (UTC +04:00)
Azərbaycanın kabel televiziyası operatorları "AileTV" və KATV1 rəqəmsal yayım formatına keçid konsepsiyasını hazırlayıblar.
Azərbaycanın kabel televiziyası operatorları rəqəmsal TV-yə keçid konsepsiyasını hazırlayıblar

Azərbaycan, Bakı, 26 yanvar /Trend müxbir H.Vəliyev/

Azərbaycanın kabel televiziyası operatorları "AileTV" və KATV1 rəqəmsal yayım formatına keçid konsepsiyasını hazırlayıblar. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə "AG Telekom" (KATV1 brendinin sahibi) şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Pərvin Sadıqov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Nazirlər Kabinetinin rəqəmsal yayım formatına keçid haqqında qərarına müvafiq hazırlanan bu konsepsiyaya əsasən, yeddi kanalın ("Bizim yeni kinomuz", "Cartoon Network", "Reality", RBK, TLC, "Viasat History", "MTV-Rus") analoq paketində retranslyasiyası dayandırılacaq və onlar rəqəmsal baza paketinə keçiriləcək.

"Məlumdur ki, analoq formatında bir kanal bir tezlikdə yayımlanır. Rəqəmsal format bir tezlikdə 12-yə qədər kanalın yayımlanmasına imkan verir. Bu bizə internet xidmətlərinin genişləndirilməsi məqsədilə istifadə ediləcək əlavə tezlik resurslarını təqdim edəcək" , - Sadıqov bildirib.

Xəbər lenti

Xəbər lenti