...

Yeni Suraxanı qəsəbəsi SAZZ-ın əhatə dairəsinə daxil olub

Telekommunikasiya Materials 9 Fevral 2012 15:27 (UTC +04:00)
Ötən həftə SAZZ simsiz internet operatoru tərəfindən şəbəkənin təkmilləşdirilməsi və genişləndirilməsi məqsədilə aparılan işlər uğurla nəticələnib.
Yeni Suraxanı qəsəbəsi SAZZ-ın əhatə dairəsinə daxil olub

Azərbaycan, Bakı, 9 fevral /Trend/

Ötən həftə SAZZ simsiz internet operatoru tərəfindən şəbəkənin təkmilləşdirilməsi və genişləndirilməsi məqsədilə aparılan işlər uğurla nəticələnib. Trend-in məlumatına görə, bu barədə şirkətin cümə axşamı yaydığı məlumatda deyilir.

Yeni Suraxanı qəsəbəsində baza stansiyaları quraşdırıldıqdan sonra həmin ərazi SAZZ 4G xidməti ilə təmin olunub. Artıq Yeni Suraxanı qəsəbəsinin sakinləri də yüksəksürətli limitsiz simsiz internetdən istifadə edə bilərlər.

Son zamanlar əhatə dairəsini xeyli genişləndirən "SAZZ Internet" hazırda Bakı və Sumqayıt şəhərlərində, Mərdəkan, Buzovna, Şağan, Şüvəlan, Masazır, Maştağa, Qala, Nardaran (Ləhiş bağları), Hövsan, Novxanı, Binəqədi, Sahil, Saray və artıq Yeni Suraxanı qəsəbələrində öz xidmətlərini təqdim edir.

"SAZZ Internet" xidmətlərinə qoşulmaq çox asandır: sadəcə modem əldə edib abunə müqaviləsini imzalamaq kifayətdir. Ayda 25 manat ödədikdə SAZZ abunəçilərinə simsiz limitsiz yüksəksürətli internet təqdim olunur. Qoşulma sürəti 10 mb/s-yə qədərdir.

Əlavə məlumatı (SAZZ mağazalarının ünvanları, əhatə xəritəsi, ödəmə qaydaları və s.) rəsmi saytdan - www.sazz.az, yaxud 191 "qaynar xətt" xidmətinə zəng etməklə əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti