...

Azərbaycan və Avstriya İKT sektorunda investisiyaların artırılması üçün yardım məsələlərini müzakirə edir

Telekommunikasiya Materials 22 Fevral 2012 11:24 (UTC +04:00)
Azərbaycan və Avstriya informasiya-kommunikasiya texnologiyaları sektorunda investisiyaların artırılması üçün yardım məsələlərini müzakirə edir.
Azərbaycan və Avstriya İKT sektorunda investisiyaların
artırılması üçün yardım məsələlərini müzakirə edir

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir H.Vəliyev /

Azərbaycan və Avstriya informasiya-kommunikasiya texnologiyaları sektorunda investisiyaların artırılması üçün yardım məsələlərini müzakirə edir. Trend-in məlumatına görə, bu barədə nazirliyin çərşənbə günü yaydığı məlumatda deyilir.

Bu məqsədlə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan-Avstriya İqtisadi, kənd təsərrüfatı, sənaye, texniki və texnoloji əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının həmsədri Əli Abbasovun başçılıq etdiyi nümayəndə heyəti fevralın 21-22-də Vyanada keçirilən hökumətlərarası komissiyasının 7-ci iclasında iştirak edir.

Dünən tərəflər ikitərəfli ticari-iqtisadi əlaqələri, onların perspektivlərini, Aİ-nin Azərbaycanla əlaqələrini, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olmasını müzakirə ediblər.

Azərbaycan nümayəndə heyətinin Vyanaya səfəri çərçivəsində müxtəlif ikitərəfli görüşlərin, o cümlədən Vyanada BMT ofisinin baş direktorunun müavini və BMT-nin Kosmik məkanın problemləri üzrə Agentliyinin rəhbərliyi ilə görüşlər planlaşdırılıb.

Bu gün Avstriyanın Federal İqtisadi Palatasının təşəbübsü ilə Avstriyanın 60-dan artıq və Azərbaycanın 20 şirkətinin iştirakı ilə biznes forumu keçiriləcək.

Azərbaycan və Avstriya arasında İKT sahəsində əməkdaşlıq barədə ilkin qərar 2011-ci ilin sonlarında Bakıda keçirilən Azərbaycan-Avstriya hökumətlərarası komissiyasının 6-cı iclası zamanı əldə olunub.

Xəbər lenti

Xəbər lenti