Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir H.Vəliyev/
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Twitter" və"Youtube"da səhifələrini açır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı nazirliyin məlumatında deyilir.
Məlumatına əsasən, Rabitə Nazirliyinin akkauntu sosial şəbəkələrdə "MCITAzerbaijan" adı ilə qeydiyyatdan keçirilib.
Nazirliyin səhifələrində onun fəaliyyəti (keçirilən konfranslar, mətbuat xidmətinin məlumatları və s.), Azərbaycanın İKT sahəsində reallaşdırdığı beynəlxalq layihələr (Transmilli Avrasiya Super İnformasiya Magistralı, Avropa-Yaxın Şərq İnformasiya Magistralı), dünyada yüksək texnologiyalar sahəsində yeniliklər və nailiyyətlər barədə xəbərlər yerləşdiriləcək.