...

Azərbaycanda "Elektron hökumət" portalının işə salınacağı müddət açıqlanıb

Telekommunikasiya Materials 15 Mart 2012 11:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 mart / Trend, müxbir H.Vəliyev /

Azərbaycanda "Elektron hökumət" portalının martın sonu - aprelin əvvəlində işə salınacağı gözlənilir. Bu barədə cümə axşamı Trend-ə layihəyə yaxın mənbə bildirib.

Mənbənin sözlərinə gprə, portal üzərində iş tamamilə başa çatıb.

Bu gün "Elektron hökumət" portalına Azərbaycanın 15 dövlət idarəsi qoşulub və respublikanın nazirlik və idarələrinin qoşulması üzrə işlər davam edir.

Portala çıxış ehdis.az. ünvanı ilə həyata keçiriləcək.

Respublikanın idarələri tərəfindən göstəriləcək elektron xidmətlərin ümumi sayı 300 ədəd təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti