...

Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı üçün "bir pəncərə" sistemi yaradılacaq

Telekommunikasiya Materials 15 Mart 2012 14:10 (UTC +04:00)
Azərbaycanın Dövlət Əmlak Məsələləri Komitəsinin xidmətləri "bir pəncərə" sisteminə inteqrasiya ediləcək. Bu barədə cümə axşamı jurnalistlərə Dövlət Əmlak Məsələləri Komitəsinin sədr müavini Rafiq Cəlilov bildirib.
Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı üçün "bir pəncərə" sistemi yaradılacaq

Azərbaycan, Bakı, 15 mart /Trend müxbir H.Vəliyev/

Azərbaycanın Dövlət Əmlak Məsələləri Komitəsinin xidmətləri "bir pəncərə" sisteminə inteqrasiya ediləcək. Bu barədə cümə axşamı jurnalistlərə Dövlət Əmlak Məsələləri Komitəsinin sədr müavini Rafiq Cəlilov bildirib.

Bu gün Bakıda Azərbaycanın daşınmaz əmlakın elektron qeydiyyatı layihəsinin təqdimatı keçirilir.

"Bu, vətəndaşlara müvafiq orqanlara baş çəkmək zərurəti olmadan onlayn-rejimdə kompleks xidmətlər almağa imkan verəcək", - Cəlilov deyib.

Onun sözlərinə görə, hazırda daşınmaz əmlakın kadastrının rəqəmsal kartlarının yaradılması üzərində işlər aparılır, daşınmaz əmlakın haqqında məlumat bazası elektron formata keçirilir, elektron qeydiyyat sistemi yaradılır və bu sahədə bir sıra digər vacib layihələr həyata keçirilir.

"Bu layihələrin həyata keçirilməsindən asılı olaraq, onlara çıxış "bir pəncərə" sistemi vasitəsilə mümkün olacaq ki, bu da əhaliyə göstərilən xidmətlərin səviyyəsini xeyli artırmağa xidmət edəcək. Bu gün Dövlət Komitəsinin saytında işə salınan elektron xidmətlərdən artıq həftədə yeddi gün və sutkanın 24 saatında istifadə etmək mümkündür", - Cəlilov qeyd edib.

Dünya Bankının daşınmaz əmlakın qeydiyyatı üzrə layihə qrupunun rəhbəri Malkolm Çildersin sözlərinə görə, elektron xidmətlərin yaradılması çox vacib elementdir ki, bu da daşınmaz əmlakın qeydiyyatı sisteminin funksionallığının artmasına səbəb olacaq.

Xəbər lenti

Xəbər lenti