...

Nar Mobile "Mobil ingilis dili" layihəsini təqdim edir

Telekommunikasiya Materials 30 May 2012 19:12 (UTC +04:00)
"Nar Mobile" abunəçilərini "British Council" ilə birgə həyata keçirdiyi yeni "Mobil ingilis dili" layihəsi ilə sevindirir. "Mobil ingilis dili" ingilis dilinin öyrənilməsini daha əyləncəli və asan edən bir layihədir.
Nar Mobile "Mobil ingilis dili" layihəsini təqdim edir

Azərbaycan, Bakı, 30 may /Trend/

"Nar Mobile" abunəçilərini "British Council" ilə birgə həyata keçirdiyi yeni "Mobil ingilis dili" layihəsi ilə sevindirir. "Mobil ingilis dili" ingilis dilinin öyrənilməsini daha əyləncəli və asan edən bir layihədir.

Şirkətdən Trend-ə verilən məlumata görə, layihə bütün istifadəçilərə öz mobil telefonlarından istifadə edərək ingilis dilini öyrənmək imkanını yaradır. Bu xidmətə qoşulmaqla istifadəçilər hər gün ingilis dilində yeni söz, cümlə və onların Azərbaycan dilində tərcüməsini, eyni zamanda, cümlədə onların istifadə formasını alacaqlar. Səviyyənin sonunda əldə etdikləri nəticələri yoxlamaq istəyən istifadəçilər kiçik sorğu ilə öz biliklərini yoxlaya biləcəklər.

"Nar Mobile hər zaman təhsilin təşviqinə xüsusi önəm verib. Bu layihə ilə şirkətimiz öz abunəçilərinə ingilis dilinin öyrənilməsində unikal imkan yaradır. Yeni layihəmiz vasitəsilə siz birbaşa mobil telefondan istifadə edərək ingilis dilini öyrənəcəksiniz. Layihənin məqsədi ingilis dilinin öyrənilməsində istifadəçilərə kömək etməkdir", - "Azerfon" telekommunikasiya şirkətinin baş direktoru Yurgen Pitz bildirib.

Layihəyə qoşulmaq üçün ingilis dili səviyyəsindən asılı olaraq asan səviyyə üçün "E1", orta səviyyə üçün "M1" və ya çətin səviyyə üçün "H1" yazıb 2022 nömrəsinə göndərmək lazımdır. Xidmətin haqqı ƏDV daxil 90 qəpikdir.

Mobil ingilis dili layihəsində istifadə olunan materiallar Çin, Qazaxıstan, Tailand, Sudan, Şri-Lanka, İndoneziya və bir sıra digər ölkələrdə müxtəlif mobil layihələrdə istifadə edililmiş materialların toplusudur. Bu proqram SMS vasitəsilə göndərilə bilən materialları, smartfonları və bir çox interneti dəstəkləyən telefonlar üçün proqramları simsiz ötürmə və digər texnologiyaları özündə cəmləşdirir.

Xəbər lenti

Xəbər lenti