...

Xaçmazda Bakcell-in dəstəyi ilə Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

Telekommunikasiya Materials 4 İyun 2012 18:16 (UTC +04:00)
Azərbaycana Birgə Yardım (UAFA) təşkilatı, "Bakcell" şirkətinin dəstəyi ilə Xaçmaz rayonunda Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.
Xaçmazda Bakcell-in dəstəyi ilə Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Azərbaycana Birgə Yardım (UAFA) təşkilatı, "Bakcell" şirkətinin dəstəyi ilə Xaçmaz rayonunda Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib. Bu barədə bazar ertəsi Trend-ə şirkətdən məlumat verilib.

"Bakcell" və UAFA-nın birgə layihəsi çərçivəsində UAFA Xaçmaz İcma Əsaslı Reabilitasiya (İƏR) mərkəzi tərəfindən Zərifə Əliyeva adına məktəb-liseyin akt zalında təşil olunan tədbirdə uşaqlar şeirlər söyləyib, xalq mahnıları ifa edib, səhnəciklər nümayiş etdiriblər.

"Bakcell" şirkətinin davamlı maliyyə dəstəyi ilə Xaçmaz İƏR mərkəzində fəaliyyət göstərən Rəqs dərnəyinin 10 üzvü "Qaragöz" özbək rəqsi, "Naz eləmə" Azərbaycan milli rəqsi, cütlüyün ifasında "Bal rəqsi" və s. rəqsləri ifa edib, "Bacarıqlı Əllər" dərnəyinin üzvləri isə əl işlərini sərgiləyiblər.

Qeyd edək ki, "Bakcell" şirkətinin Korporativ Sosial Məsuliyyət proqramının dəstəyi ilə Azərbaycana Birgə Yardım (UAFA) təşkilatı respublikanın bir neçə rayonunda və Bakı şəhərində fəaliyyət göstərən İcma Əsaslı Reabilitasiya (İƏR) mərkəzlərində "Ünsiyyət problemli uşaqların incəsənət vasitəsilə bacarıqlarının artırılması" layihəsi həyata keçirilir. Layihəyə cəlb olunan uşaqların əqli gerilik, skolioz, uşaq serebral iflici, qavrama problemi olanlar, nitq qüsuru və s. problemlərdən əziyyət çəkirlər.

Xəbər lenti

Xəbər lenti