...

Azercell-in dəstəyi ilə Azərbaycanın gənc musiqiçiləri Savonlinna Yay Məktəbində iştirak edirlər

Telekommunikasiya Materials 27 İyun 2012 18:05 (UTC +04:00)
24 iyun-4 iyul tarixlərində azərbaycanlı tələbələr üçün Finlandiyada Savonlinna Yay Məktəbi start götürüb. İlk dəfədir ki, bu nüfuzlu musiqi festivalında azərbaycanlı gənclər də iştirak edir.
Azercell-in dəstəyi ilə Azərbaycanın gənc musiqiçiləri Savonlinna Yay Məktəbində iştirak edirlər

Azərbaycan, Bakı, 27 iyun /Trend/

24 iyun-4 iyul tarixlərində azərbaycanlı tələbələr üçün Finlandiyada Savonlinna Yay Məktəbi start götürüb. İlk dəfədir ki, bu nüfuzlu musiqi festivalında azərbaycanlı gənclər də iştirak edir.

"Azercell Telekom" MMC-nin dəstəyi ilə Bakı Musiqi Akademiyasının iki tələbəsi - vokal üzrə təhsil alan Aytac Şıxəlizadə (2-ci kurs) və Nəzrin Zərbəliyeva (3-cü kurs) Savonlinnadakı musiqi bayramına qatılıblar. Azərbaycanlı gənc musiqiçilər Savonlinna Musiqi Akademiyasının professoru Tomas Krausenin rəhbərliyi altında kurs keçəcəklər.

Şirkətdən çərşənbə günü Trend-ə verilən məlumata görə, Bakı Musiqi Akademiyası tələbələrinin Finlandiyaya səfəri barədə razılaşma bu ilin fevralında baş tutub. Həmin vaxt "TeliaSonera" şirkətinin dəstəyi Savonlinna Musiqi Akademiyasının professor heyəti Bakıda qonaq olmuşdu. Onlar Bakı Musiqi Akademiyasının yuxarı kurs tələbələri üçün master klass keçmiş, qala konsert proqramı ilə çıxış etmişdilər. Qərara alınmışdı ki, Bakı Konservatoriyasının ən istedadlı 8 tələbəsi təcrübəsini artırmaq üçün Finlandiyaya göndərilsin.

Daha 6 gənc musiqiçimizin dünya klassik musiqisinin məkanı sayılan Savonlinna Yay Məktəbinə səfəri isə avqust ayında baş tutacaq. Hər il bu məktəbə dünyanın hər yerindən istedadlı gənc musiqiçilər toplaşır. Bu proqram iştirakçılara zəngin təcrübə mübadiləsi aparmağa, həm də əsl sənətçilərdən dərs almağa imkan yaradır.

1950-ci ildə yaradılan Savonlinna Musiqi Akademiyasında dünya üzrə tanınmış musiqiçilər yetişdirilib. Hər yay Musiqi Akademiyasının dəstəyi ilə Savonlinnada əsl musiqi bayramı keçirilir. Burada Yay Məktəbi ilə yanaşı, məşhur Opera Festivalı da təşkil olunur və əsl sənətçilərin ifasında məşhur əsərləri dinləmək istəyənlərin bu məkana toplaşmasına səbəb olur.

Azərbaycanlı gənclərin də bu musiqi bayramına qatılmasına imkan yaradan "Azercell Telekom" MMC daim mədəniyyətin inkişafı və tanınmasına istiqamətlənmiş müxtəlif maraqlı layihələr həyata keçirir. Şirkət Azərbaycan mədəniyyətinin, xüsusilə də klassik musiqimizin dünyaya tanıdılması, digər tərəfdən gənc sənətçilərin inkişafı istiqamətində bir çox layihələri reallaşdırır.

Xəbər lenti

Xəbər lenti