...

Azərbaycan İƏT ölkələrinin Elm, Texnologiya və İnnovasiya Təşkilatına daxil olmağı planlaşdırır

Telekommunikasiya Materials 22 Sentyabr 2012 15:19 (UTC +04:00)
Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Elm, Texnologiya və İnnovasiya Təşkilatına (STIO) üzv olması gələcək əməkdaşlıq baxımından əhəmiyyətli olacaq.
Azərbaycan İƏT ölkələrinin Elm, Texnologiya və İnnovasiya Təşkilatına daxil olmağı planlaşdırır

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Elm, Texnologiya və İnnovasiya Təşkilatına (STIO) üzv olması gələcək əməkdaşlıq baxımından əhəmiyyətli olacaq. Trend-in məlumatına görə, bu barədə İƏT baş katibinin müavini, səfir Əbdül Moiz Buxari rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşündə bildirib.

Buxarinin sözlərinə görə, son illər Azərbaycanın elm, texnologiya və innovasiya sahəsində əldə etdiyi uğurlar respublikanı regionda lider dövlət kimi tanıyan İslam dünyasının böyük diqqətinə səbəb olub.

Öz növbəsində, Əli Abbasov hazırda Azərbaycanın STIO-ya üzv olması üçün müvafiq hazırlıq işlərinin aparıldığını və daxili prosedurlar başa çatdıqdan sonra bu barədə yekun qərarın veriləcəyini bildirib.

Azərbaycan 2008-ci ildə COMSTECH İcraiyyə Komitəsinə üzv seçilib.

COMSTECH-in növbəti iclası dekabrda Pakistanda keçiriləcək.

Nazir İƏT-in rəhbərliyini BMT və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə cari ilin noyabrında Bakıda keçiriləcək VII İnternet İdarəçiliyi Forumunun nazirlər toplantısına və "BakuTel" sərgi-konfransına dəvət edib.

Xəbər lenti

Xəbər lenti