...

Azərbaycan XİN və ITU "Kibertəhlükəsizlik haqqında" Konvensiya üzrə məsləhətləşmələr aparır

Telekommunikasiya Materials 24 Sentyabr 2012 08:47 (UTC +04:00)
Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) Katibliyi və Azərbaycan Xarici İşlər Nazirliyi "Kibertəhlükəsizlik haqqında" Konvensiyanın hazırlanması üzrə məsləhətləşmələr aparır. Bu barədə Trend-ə ITU-nun zona şöbəsinin rəhbəri Orozobek Kayıkov bildirib.
Azərbaycan XİN və ITU "Kibertəhlükəsizlik haqqında" Konvensiya üzrə məsləhətləşmələr aparır

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir H.Vəliyev/

Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) Katibliyi və Azərbaycan Xarici İşlər Nazirliyi "Kibertəhlükəsizlik haqqında" Konvensiyanın hazırlanması üzrə məsləhətləşmələr aparır. Bu barədə Trend-ə ITU-nun zona şöbəsinin rəhbəri Orozobek Kayıkov bildirib.

Kayıkovun sözlərinə görə, məsələ ilk dəfə ITU-nun baş katibi Hamadun Turenin Azərbaycana ötənilki səfəri çərçivəsində qaldırılıb.

"Hazırda bu məsələ ilə bağlı məsləhətləşmələr ITU Katibliyi və Azərbaycan Xarici İşlər Nazirliyi arasında aparılır. Layihəyə Azərbaycanın Cenevrədəki səfirliyi də cəlb edilib", - Kayıkov deyib.

Onun fikrincə, konvensiyanın hazırlanması prosesi öz strukturuna görə kifayət qədər mürəkkəbdir. Bəşəriyyətin bütün fəaliyyətinin praktiki olaraq telekommunikasiya infrastrukturuna keçirilməsi səbəbindən kibercinayətkarlıq və kiberterrorizm problemi daha böyük aktuallıq kəsb edir. Fərdi məlumatların müdafiəsinə əmin olmaq üçün ondan qorunmaq lazımdır.

BMT-nin məlumatına görə, hər il 1,5 milyondan artıq insan internet vasitəsilə şəxsi məlumatların oğurlanmasının qurbanı olur. Belə cinayətkar fəaliyyətdən iqtisadi itkilər 1 milyard ABŞ dolları həcmində dəyərləndirilir.

Bu gün kibercinayətkarlıq dövlətin təhlükəziliyinə ciddi təhdiddir və enerji sistemlərinin, hava nəqliyyatının və hətta nüvə obyektlərinin işinin pozulmasına səbəb ola bilər.

Xəbər lenti

Xəbər lenti