...

Bakcell-dən DogmaCIN abunəçiləri üçün pulsuz 1000 SMS

Telekommunikasiya Materials 20 Noyabr 2012 12:58 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Bakcell-dən DogmaCIN abunəçiləri üçün pulsuz 1000 SMS

Azərbaycan, Bakı, 20 noyabr /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.

"Bakcell" DogmaCIN tarifinin abunəçiləri üçün yeni regional kampaniyaya start verir. Şirkətdən Trend-ə verilən məlumata görə, noyabrın 20-dən başlayaraq bütün DogmaCIN abunəçiləri 2013-cü il yanvarın 31-ə kimi aktiv olacaq tamamilə pulsuz 1000 SMS paketi əldə edəcəklər. Bonus paketinin sahibləri bütün "Bakcell" abunəçilərinə tamamilə pulsuz SMS göndərə biləcəklər. Bununla da Yeni İl ərəfəsində yaxınlarınızı təbrik etmək üçün heç bir əlavə xərcə ehtiyac qalmayacaq.

Bakcell-dən şəbəkədaxili 1000 SMS-lik Yeni İl hədiyyəsini almaq üçün sadəcə balansınıza 4 AZN yükləyin və sevdiklərinizlə rahat ünsiyyət yaradın.

Kampaniyadan mövcud və yeni DogmaCIN abunəçiləri yararlana biləcəklər. Xatırladaq ki, DogmaCIN tarifi dəqiqəsinə şəbəkə daxili 2 qəpik və şəbəkə xarici 4 qəpik təklifi ilə regionlardan əlaqə üçün ən sərfəli tarifdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti