...

İKT sahəsində lisenziya almaq üçün elektron müraciət xidməti "Elektron hökumət" portalına inteqrasiya edilib

Telekommunikasiya Materials 26 Dekabr 2012 14:08 (UTC +04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə elektron müraciət xidmətini "Elektron hökumət" portalına (ehdis.az) daxil edib.
İKT sahəsində lisenziya almaq üçün elektron müraciət xidməti "Elektron hökumət" portalına inteqrasiya edilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir H.Vəliyev/

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə elektron müraciət xidmətini "Elektron hökumət" portalına (ehdis.az) daxil edib. Bu barədə Trend çərşənbə günü portalda dərc edilən məlumata istinadən xəbər verir.

Hazırda nazirliyin portalda təklif edilən elektron xidmətlərinin sayı 25 ədəd təşkil edir.

Həmçinin, portala Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin xidmətləri inteqrasiya edilib. Hazırda ölkələrarası övladlığa götürmə üçün elektron xidmətindən istifadə etmək olar.

"Elektron hökumət" portalına 36 dövlət qurumu qoşulub və 168-dən çox elektron xidmət inteqrasiya edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti