...

"Azercell" ən yaxşı satıcıları mükafatlandırdı

Telekommunikasiya Materials 29 Yanvar 2013 18:31 (UTC +04:00)
Ölkənin lider mobil operatoru "Azercell Telekom" MMC çoxsaylı xidmətlərinin tanıdılması istiqamətində layihələrini davam etdirir. Bu təşəbbüslərdən biri də neçə illərdir ki, ənənəvi olaraq reallaşdırılan “Azercell Xidmətlərini Bil” layihəsidir.
"Azercell" ən yaxşı satıcıları mükafatlandırdı

Azərbaycan, Bakı, 29 yanvar /Trend/

Ölkənin lider mobil operatoru "Azercell Telekom" MMC çoxsaylı xidmətlərinin tanıdılması istiqamətində layihələrini davam etdirir. Bu təşəbbüslərdən biri də neçə illərdir ki, ənənəvi olaraq reallaşdırılan "Azercell Xidmətlərini Bil" layihəsidir.

29 yanvar 2013-cü il tarixində Azercell Telekomun baş ofisində həmin layihənin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Şirkətin prezidenti Kiril Qaburiçin iştirak etdiyi mərasimdə 36 ən yaxşı satıcı Fəxri fərmanla təltif olunublar. Bundan əlavə, onlara şirkətdən xüsusi hədiyyələr də təqdim edilib.

Layihənin əsas məqsədi Azercellin təqdim etdiyi xidmətlərin dilerlərə daha yaxşı tanıdılması, bu yolla yeniliklərin abunəçilər arasında daha da populyarlaşdırılmasına nail olmaqdır. "Azercell Xidmətlərini Bil" müsabiqəsi çərçivəsində şirkətin bütün respublika üzrə Diler/Distribütor dükan şəbəkələrində çalışan, Azercell-in xidmət, tarif və kampaniyalarını yüksək səviyyədə bilən ən yaxşı satıcılar seçilib. Satış təmsilçilərindən ibarət monitorinq qrupunun iştirakı ilə baş tutan seçim nəticəsində 36 satıcı qalib elan olunub. Onlardan 18 nəfəri Bakı, 18 nəfəri isə bölgələri (hər bölgədən 3 satıcı olmaqla) təmsil edir.

Qalibləri təbrik edən Kiril Qaburiç onlara fəaliyyətlərində uğurlar arzulayıb və bu cür tədbirlərin Azercell xidmətlərinin daha yüksək səviyyəyə qaldırılmasına yardım etdiyini söyləyib. Cənab Qaburiç ənənə halını almış bu müsabiqənin növbəti illərdə də davam etdiriləcəyini bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti