...

Şahin Mustafayev: Bu il Azərbaycanda İKT sahəsində böyük uğurlar əldə olunacaq

Telekommunikasiya Materials 30 Yanvar 2013 14:03 (UTC +04:00)
Azərbaycanda Yüksək Texnologiyalar Parkının yaradılması elm tutumlu texnoloji malların istehsalını artırmağa təkan verəcək.
Şahin Mustafayev: Bu il Azərbaycanda İKT sahəsində böyük uğurlar əldə olunacaq

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir E.İsmayılov/

Azərbaycanda Yüksək Texnologiyalar Parkının yaradılması elm tutumlu texnoloji malların istehsalını artırmağa təkan verəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü iqtisadi inkişaf naziri Şahin Mustafayevin "Azərbaycan" qəzetində dərc edilmiş məqaləsində deyilir.

Mustafayevin sözlərinə görə, hazırda Azərbaycanda əhalinin 70 faizi internetdən, 50 faizi isə genişzolaqlı internetdən istifadə edir.

"Ümumdünya İqtisadi Forumunun "The Global Information Technology Report - 2012" hesabatına əsasən, Azərbaycan bu göstərici ilə MDB ölkələri arasında liderdir ki, bu da həmçinin orta ümumdünya göstəricilərini iki dəfə üstələyir. Bundan başqa, Azərbaycan şəbəkə hazırlığı indeksi üzrə 61-ci yerdədir", - məqalədə qeyd edilir.

Mustafayevin fikrincə, Azərbaycanda 2013-cü ilin "İKT ili" elan edilməsi, ilk telekommunikasiya peykinin buraxılması, İKT-nin bir çox sahələrində həyata keçirilən digər işlər onu deməyə əsas verir ki, bu il İKT sahəsində böyük uğurlar əldə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti