...

Azərbaycanda su təchizatı xidmətlərinin ödənilməsi üçün online servis istifadəyə verilib

Telekommunikasiya Materials 30 Avqust 2013 19:02 (UTC +04:00)
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə “Azərikard” prosessinq mərkəzi arasında əməkdaşlıq daha da genişlənir.
Azərbaycanda su təchizatı xidmətlərinin ödənilməsi üçün online servis istifadəyə verilib

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir E.Əliyev/

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti ilə "Azərikard" prosessinq mərkəzi arasında əməkdaşlıq daha da genişlənir. Bu barədə ASC-dən Trend-ə daxil olan məlumatda bildirilir.

Belə ki, "Azərsu" ASC-nin onlayn-ödəmələr sisteminə qoşulması üzrə bütün işlər müvəffəqiyyətlə başa çatıb. Artıq istər əhali, istərsə də qeyri-əhali abunəçiləri "Azərsu" ASC-nin rəsmi internet səhifəsinin (www.azersu.az) "Online ödəniş" bölməsinə daxil olub pastik kartlardan istifadə etməklə su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borclarını ödəyə bilərlər.

Qeyd edək ki, "Azərsu" ASC-nin rəsmi internet səhifəsinin (www.azersu.az) "Online ödəniş" bölməsindən KÖMİS və GoldenPay ödəniş sistemlərinin xidmətlərindən də istifadə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti