...

"Nar Mobile" I Beynəlxalq Novruz Festivalına dəstək verib

Telekommunikasiya Materials 19 Mart 2014 18:07 (UTC +04:00)
Martın 20-dən 23-dək İçərişəhərdə I Beynəlxalq Novruz Festivalının keçirilməsi nəzərdə tutulur. Festival günlərində Qoşa-qala qapısı meydanında “Meydan bazarı” təşkil olunacaqdır.
"Nar Mobile" I Beynəlxalq Novruz Festivalına dəstək verib

Azərbaycan, Bakı, 19 mart /Trend/

Martın 20-dən 23-dək İçərişəhərdə I Beynəlxalq Novruz Festivalının keçirilməsi nəzərdə tutulur. Festival günlərində Qoşa-qala qapısı meydanında "Meydan bazarı" təşkil olunacaqdır.

Yerli və xarici qonaqların iştirak edəcəyi bazarda hər bir ölkənin mədəniyyətini əks etdirən videofilmlər, milli-tətbiqi sənət məhsulları və suvenirlərin sərgilənəcəyi gözlənilir. Təntənəli şəkildə qeyd olunacaq və dörd gün davam edəcək bayram festivalı "Nar Mobile" mobil operatorunun yaxın dəstəyi ilə həyata keçiriləcək.

Bayramı şənliklərində biri-birindən maraqlı çoxsaylı tədbirlər nəzərdə tutulur. Hər gün səhər saatlarından etibarən, pəhləvan, kəndirbaz və sehrbazlar öz məharətlərini göstərəcəklər, uşaq teatrının artistləri, bədii və tarixi personajlar, Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəl şənliyə qatılan insanların bayram əhval-ruhiyyəsini qaldıracaqlar. Rəngarəng konsert proqramına qatılacaq mahir ifaçıların çıxışı zamanı muğam və klassik musiqi əsərləri, müxtəlif xalqların milli musiqiləri, müasir estrada və caz musiqisi səsləndiriləcək. Bununla yanaşı, festival çərçivəsində hər gün Qız qalası meydanında pantomima ustaları, Əliağa Vahid meydanında isə "Muğam üçlüyü" çıxış edəcək.

Qeyd edək ki, festivalın keçirilməsinin əhəmiyyətindən bəhs edən "Azerfon" şirkətinin baş icraçı direktoru Kent Maknili bu əlamətdar hadisənin bir ənənəyə çevriləcəyini söyləyib. O, Novruz bayramı şənliklərinin festival xarakteri daşımasının önəmini xüsusi qeyd edərək, "Nar Mobile" mobil operatorunun milli-mənəvi dəyərlərə və adət-ənənələrə hər zaman sadiq qaldığını və bu kimi kütləvi tədbirlərdən böyük nəticələr gözlədiyini vurğulayıb.

I Beynəlxalq Novruz Festivalı "Nar Mobile" mobil operatoru, eləcə də "Pasha bank" və "A+A Events" şirkətlərinin tərəfdaşlığı ilə gerçəkləşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti