Azərbaycan, bakı, 29 may /Trend/
Mayın 30-da "Microsoft Azerbaijan" şirkəti bütün istəyənləri "Ofis hər yerdə" təşəbbüsünə qoşulmağa dəvət edir. Trend-in məlumatına görə, bu barədə şirkətin cümə axşamı yaydığı xəbərdə deyilir.
Sözügedən aksiya çərçivəsində "Microsoft Azerbaijan"ın bütün əməkdaşları noutbuklarını özləri ilə götürüb ofisi tərk edəcək və iş gününü Bakıda yerləşən kafelərin birində keçirəcəklər. Şirkət hamını onlara qoşulmağa dəvət edərək, iş gününü ofisdən kənarda - park və ya kafedə keçirməyə çağırır. "Ofis hər yerdə" təşəbbüsünə qoşulanlar sosial şəbəkələrdə özlərini #ofisheryerde heşteqi ilə qeyd edərək, həmin günü ofisdən kənarda işlədiklərini bildirə bilərlər.
Bu aksiya Azərbaycanla yanaşı Moldova və Qırğızıstanda də təşkil olunacaq.
"Microsoft" Korporasiyanın əsas missiyası insanların öz məqsədlərinə çatması üçün onlara texnologiyanın istifadəsində yardım göstərməkdir. İnsanlar istədikləri resursları əldə etdikləri zaman son dərəcə yaxşı şeylər baş verir və "Microsoft" uzun illər zamanı ayrıca şəxslərin və cəmiyyətin potensialını alışdırmaq üçün texnologiyalardan istifadə edir - istənilən vaxt, istənilən yerdə.
1975-ci ildə təsis edilmiş "Microsoft" Korporasiyası proqram təminatı istehsalında dünya lideridir. "Microsoft" Korporasiyası geniş çeşidli proqram məhsulları hazırlayır və istehsal edir. Onların arasında stolüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server mühitləri üçün server tətbiqləri, istifadəçilər üçün stolüstü biznes-tətbiqlər və ofis tətbiqləri, interaktiv proqram və oyunlar, internet şəbəkəsində işləmək üçün vasitələr və hazırlama alətləri. "Microsoft" Korporasiyasının məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil olmaqla 45-dən çox dilə tərcümə edilib və fərdi kompüter platformalarının əksəriyyəti ilə uyğundur. 2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən "Microsoft Azerbaijan" şirkətinin başlıca vəzifəsi - elektron idarəetmə, biznes inzibatçılıq və təhsil sistemi üçün yeni məhsulların tətbiq etməklə Azərbaycanın inkişafına töhfə verməkdir.