...

Əli Abbasov: Böyük Britaniya Azərbaycanın informasiya texnologiyaları şirkətlərinin biznesinin inkişafına yardım edəcək

Telekommunikasiya Materials 3 İyul 2014 14:57 (UTC +04:00)
Böyük Britaniya Azərbaycanın informasiya texnologiyaları şirkətlərinin beynəlxalq bazarlara çıxışı üçün əlverişli şərait yaradacaq.
Əli Abbasov: Böyük Britaniya Azərbaycanın informasiya texnologiyaları şirkətlərinin biznesinin inkişafına yardım edəcək

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir Hüseyn Vəliyev/

Böyük Britaniya Azərbaycanın informasiya texnologiyaları şirkətlərinin beynəlxalq bazarlara çıxışı üçün əlverişli şərait yaradacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, bu qərar iyunun 25-də Londonda keçirilən yüksək texnologiyalar üzrə birinci Britaniya-Azərbaycan biznes forumu çərçivəsində qəbul edilib.

Abbasov deyib: "Söhbət Azərbaycan və Britaniya şirkətlərinin birgə fəaliyyətindən gedir. Başlıca hədəf və vəzifə müəyyən güzəştlərin tətbiqi yolu ilə Azərbaycan şirkətlərinin möhkəmləndirilməsi və şirkətlərinin beynəlxalq bazarlara çıxış üçün əlverişli şəraitin yaradılmasıdır".

Onun sözlərinə görə, hazırda iki ölkə arasında energetika sahəsində əməkdaşlıq həyata keçirilir və yüksək texnologiyalar sahəsi gələcəkdə əməkdaşlığın yeni vektoru olacaq: "Biz indi yüksək texnologiyalar sahəsində əməkdaşlığın yeni istiqamətini açırıq. Böyük Britaniya ilə Azərbaycan arasında texnologiyaların inkişafındakı fərqə baxmayaraq, Britaniya şirkətləri Azərbaycan bazarında iştiraka maraq göstərirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti