Azərbaycan, Bakı, 4 sentyabr /Trend/
Azərbaycanın Milli Peyk Operatoru "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti informasiya texnologiyalarının təchizatı ilə bağlı iki müqavilə imzalayıb.
Trend Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən məlumat verir ki, müqavilələr yerli "Bestcomp Group" və "Maybo" şirkətləri ilə bağlanılıb.
"Bestcomp Group" şirkəti ilə imzalanan, ümumi dəyəri 49 min manata yaxın olan müqavilə "Azərkosmos"un kompüter və kompüter avadanlıqları ilə təchiz edilməsini nəzərdə tutur.
"Azərkosmos"un "Maybo" şirkəti ilə bağladığı müqavilə Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin yerüstü sistemləri üçün ehtiyat avadanlıqlarının satın alınmasını ehtiva edir.
Müqavilənin ümumi dəyəri 49 min manat civarındadır.