...

"Bakıelektrikşəbəkə" yeni mobil əlavəni işə salıb

Telekommunikasiya Materials 2 Oktyabr 2014 19:02 (UTC +04:00)
"Bakıelektrikşəbəkə" ASC abonentlərə yüksək səviyyəli xidmət göstərmək məqsədilə yeni layihəyə start verib.
"Bakıelektrikşəbəkə" yeni mobil əlavəni işə salıb

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir Emil İsmayılov/

"Bakıelektrikşəbəkə" ASC abonentlərə yüksək səviyyəli xidmət göstərmək məqsədilə yeni layihəyə start verib.

Trend-in ASC-yə istinadən verdiyi məlumata görə, bu layihə smart və android tipli mobil istifadəçilərinin marağına səbəb olub. Belə ki, bu proqramı mobil telefona yükləməklə borcunuz, faktura ödəmələriniz barədə məlumat ala, həmçinin elektron müraciətdən yararlana bilərsiniz.

Qeyd edək ki, proqram 3 dildə - Azərbaycan, rus və ingilis dillərində istifadəyə verilib. "BesMobile" proqramını "PlayStore"dan ödənişsiz yükləmək mümkündür.

Yükləmə linki: https://play.google.com/store/apps/details?id=air.net.fullflash.beshmobile&hl=en

Məqalədə:
Xəbər lenti

Xəbər lenti