...

Azərbaycan Beynəlxalq Telekomminikasiya İttifaqı Şurasına üzv seçilib

Telekommunikasiya Materials 27 Oktyabr 2014 12:03 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) “C” regionunun ölkələri (Şərqi Avropa və Mərkəzi Asiya) Şurasına üzv seçilib.
Azərbaycan Beynəlxalq Telekomminikasiya İttifaqı Şurasına üzv seçilib

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) "C" regionunun ölkələri (Şərqi Avropa və Mərkəzi Asiya) Şurasına üzv seçilib. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Seçkilər oktyabrın 20-dən noyabrın 7-dək Koreya Respublikasının Pusan şəhərində keçirilən ITU-nun səlahiyyətli konfransı çərçivəsində baş tutub.

Səlahiyyətli konfrans ITU-nun ali orqanı olub qurumun gələcək siyasətinin hazırlanmasına cavabdehdir. Dörd ildən bir çağırılan konfransda 4 illik strateji və maliyyə planları qəbul edilir, həmçinin təşkilatın ali rəhbərliyi, Şura və Radioreqlament Komitəsinin üzvləri seçilir.

ITU-nun "C" regionunun ölkələri Şurasına üzvlüyə namizədlər Azərbaycan, Polşa, Bolqarıstan, Makedoniya, Rumıniya, Rusiya və Qırğızıstan olub.

Şuraya seçkilər beş region üzrə keçirilir. Azərbaycan 94 səs toplamaqla Şuraya daxil olub. Azərbaycanla yanaşı, ITU Şurasına Polşa (133 səs), Bolqarıstan (124), Rusiya (124) və Rumıniya (111) daxil olub.

Azərbaycanın ITU Şurasına üzvlüyü 2018-ci ilin sonunadək davam edəcək. ITU-nun növbəti səlahiyyətli konfransı 2018-ci ilin sonunda Dubayda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti