...

BakuTel-2014-ün ziyarətçiləri elektron imza əldə edəcəklər

Telekommunikasiya Materials 1 Dekabr 2014 17:26 (UTC +04:00)
“BakuTel-2014” sərgisinin ziyarətçiləri ödənişsiz elektron rəqəmli imzalar (ERİ) əldə edəcəklər.
BakuTel-2014-ün ziyarətçiləri elektron imza əldə edəcəklər

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir Hüseyn Vəliyev/

"BakuTel-2014" sərgisinin ziyarətçiləri ödənişsiz elektron rəqəmli imzalar (ERİ) əldə edəcəklər.

Trend xəbər verir ki, bu barədə bazar ertəsi XX yubiley "BakuTel-2014" sərgi-konfransı ərəfəsində Bakıda keçirilən mətbuat konfransında Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib.

Onun sözlərinə görə, ERİ almaq üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən "Elektron hökumət" pavilyonu təşkil olunacaq.

ERİ-ni şəxsiyyət vəsiqəsini təqdim etməklə əldə etmək olar. Sərgiyə gələnlərə elektron xidmət portalına (e-gov.az) giriş üçün kod və parol veriləcək. Onlar vasitəsilə portala müraciət formasını doldurmaq olacaq.

Müraciətdən sonra ERİ kartı və kart-rider sərgiyə gələnlərə yerində təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti