...

Genişzolaqlı internetin inkişafı layihəsi "Cisco" plaformasına əsaslanacaq

Telekommunikasiya Materials 9 Fevral 2015 17:25 (UTC +04:00)
ABŞ-ın "Cisco Systems" şirkəti Azərbaycanda milli genişzolaqlı internet infrastrukturunun yeni platformasını təqdim edib.
Genişzolaqlı internetin inkişafı layihəsi "Cisco" plaformasına əsaslanacaq

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir Hüseyn Vəliyev/

ABŞ-ın "Cisco Systems" şirkəti Azərbaycanda milli genişzolaqlı internet infrastrukturunun yeni platformasını təqdim edib. Bu barədə Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumatda deyilir.

Məlumatda bildirilir ki, "Cisco Systems" Azərbaycanda genişzolaqlı internetin inkişafı" layihəsində iştiraka hazırlaşır.

Nazirlikdə nazir Əli Abbasov və "Cisco" korporasiyasının vitse-prezidenti Conatan Sparronun iştirakı ilə keçirilən görüşdə şirkətlə yeni əməkdaşlıq perspektivləri nəzərdən keçirilib, mövcud potensialdan səmərəli istifadə ilə bağlı irəli sürülən təkliflər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın strateji hədəflərində yer almış İKT və yüksək texnologiyalar sahəsində yürüdülən dövlət siyasətindən söz açan Ə.Abbasov bu istiqamətdə müxtəlif layihələrin həyata keçirildiyini, dövlət sifarişi əsasında reallaşan layihələrin icrası zamanı isə başlıca tələbin keyfiyyətlə bağlı olduğunu vurğulayıb.

Beynəlxalq şirkətlər tərəfindən Azərbaycanın reytinqinin yaxından izlənildiyini diqqətə çatdıran "Cisco" korporasiyasının vitse-prezidenti ölkənin regionun informasiya xidmətləri mərkəzinə çevrilməsi ilə bağlı hədəfini dəstəklədiklərini qeyd edib. Azərbaycanda güclü komanda ilə çalışdıqlarını da vurğulayan vitse-prezident, xüsusən, "Milli genişzolaqlı internetin inkişafı" layihəsinə maraq göstərdiklərini, layihə üzrə müvafiq təklifləri irəli sürməyə hazır olduqlarını diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti