...

Azercell şəbəkəsi güclənməkdə davam edir

Telekommunikasiya Materials 14 Aprel 2015 12:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel /Trend/

Azercell-in şəbəkəsi güclənməkdə davam edir. Şirkət bu ilin I rübündə daha 72 baza stansiya quraşdırıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, Azercell Telekom həm abunəçi sayına, həm də təqdim etdiyi rabitə xidmətinin keyfiyyətinə görə Azərbaycanın lider mobil operatoru olmaqda davam edir. Azercell-in təklif etdiyi keyfiyyətli rabitə abunəçinin harada olduğundan asılı olmayaraq öz yaxınları ilə hər zaman rahat əlaqə qurmaq imkanı deməkdir.

2014-cü ildə 169-dan çox 2G/3G Radio Baza Stansiyası quraşdıran və 3G şəbəkəsinin tutumunu rekord səviyyədə (ölkə üzrə 48%, Bakı şəhəri üzrə 92%) gücləndirən şirkət bu ilin I rübündə daha 72 baza stansiyasını abunəçilərin istifadəsinə verib. Azercell bu ilin yanvar ayında 5, fevralda 15,martda isə 30 sayda 3G baza stansiyası quraşdıraraq öz şəbəkəsini daha da gücləndirib. Bundan əlavə ölkənin lider mobil operatoru 22 sayda 2G baza stansiyasını abunəçilərin ixtiyarına verib. Ümumillikdə isə hal-hazırda ölkə ərazisində Azercell-in 2660 sayda 2 G, 1760 sayda 3G və 257 sayda 4G baza stansiyası mövcuddur. Hər zaman abunəçilərini yüksək səviyyəli xidmətlə təmin etmək üçün öz şəbəkəsini təkmilləşdirən Azercell toplam 4677 baza stansiyası ilə fəaliyyət göstərir. Məlumat üçün bildirək ki, Azərbaycanın ən geniş və güclü şəbəkəsinə sahib olan və daima keyfiyyəti ilə seçilən Azercell Telekom son iki il ərzində öz şəbəkəsini 25% faiz daha da gücləndirib.

Bir sıra innovativ konsepsiyaları ilk olaraq Azərbaycana gətirən Azercell ölkədə ilk dəfə olaraq GSM texnologiyası, GPRS/EDGE, həmçinin, 4G şəbəkəsini təqdim edib. Şirkətin təşəbbüsü ilə Azərbaycanın bir neçə universitetində 3G və 4G sınaq laboratoriyaları yaradılmışdır. Azercell hər zaman olduğu kimi öz abunəçilərini ən qabaqcıl texnoloji yeniliklər və keyfiyyətli rabitə sisteminin üstünlüklərindən faydalanmasını təmin etməkdədir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti "Asan İmza" və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51.3% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2014-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsil şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti