...

Ailə TV Player-lərini indi mağazalardan əldə etmək mümkündür

Telekommunikasiya Materials 8 May 2015 16:42 (UTC +04:00)
Artıq bir neçə həftədir ki, Ailə TV Azərbaycanda ilk dəfə olaraq universal İP TV xidmətinin göstərilməsinə başlamışdır.
Ailə TV Player-lərini indi mağazalardan əldə etmək mümkündür

Artıq bir neçə həftədir ki, Ailə TV Azərbaycanda ilk dəfə olaraq universal İP TV xidmətinin göstərilməsinə başlamışdır. Yeni xidmətin özəlliyi dünyanın internet olan istənilən yerində 200-dək TV kanal izləmək imkanı olmasıdır.

Xidmətə qoşulmaq üçün tələb olunan xüsusi cihaz Ailə TV Player adlanır və artıq megamart.az, shopera.az hesabli.com orion.az internet mağazalarında satışdadır. Bundan əlavə Ailə TV Player-ləri istənilən Ailə TV filialların-dan da əldə etmək mümkündür.

Android əməliyyat sistemində çalışan balaca mediaplayer abunəçilərə dünyanın istənilən yerində 200-dək Ailə TV kanallarını izləmək imkanı yaradır. Bir çox TV kanalları 7 günədək geri çəkib, təkrar izləmək də mümkündür.

Ailə TV Player-dən 2 Mbit/s internet sürəti olan istənilən yerdə istifadə etmək mümkündür. Qurğu həm ethernet kabel həm də WIFI vasitəsilə internetə qoşulmaq imkanına malikdir.

İstənilən televizoru SMART TV funksionalı ilə təchiz edən Ailə TV Player Sizin televizorunuzda internetə çıxışı təmin edir.

Qeyd edək ki, Ailə TV Player-in qiyməti 50 AZN təşkil edir. Ailə TV Player əldə edən abunəçilərə 1 ay müddətinə 200-dək TV kanal izləmək imkanı hədiyyə olunur. Növbəti aylar üçün isə abunə haqqı ayda cəmi 9 AZN təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti