...

“Nar” istedadlı gəncləri işə cəlb edir (FOTO)

Telekommunikasiya Materials 28 Sentyabr 2015 10:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 sentyabr /Trend/

"Nar" təmsilçiləri 28 Сinema-da təşkil olunan "Karyera günü" tədbirində aktiv iştirak ediblər.

Şirkətdən Trend-ə verilən məlumata görə, "Təcrübəçi" filminin premyerasından öncə baş tutan tədbirdə insan resurslarının işə cəlb edilməsi istiqamətində maraqlı təcrübə yaşanıb.

"Nar" mobil operatoru istedadlı və bacarıqlı gənclərin, peşəkar kadrların işə cəlb edilməsi istiqamətindəki fəaliyyətini davam etdirir. Belə ki, sentyabr ayının 22-də "Nar" təmsilçiləri Azərbaycanın premium kinoteatrı olan "28 Cinema" kinoteatrında "Təcrübəçi" filminin qapalı premyerası zamanı təşkil edilmiş olduqca maraqlı bir tədbirdə aktiv iştirak ediblər. Qeyd edək ki, adıçəkilən filmdə yeni işə başlayan bir təcrübəçidən və insan resurslarının idarə edilməsi problemindən bəhs edilir. İnsan resurslarına hər zaman xüsusi önəm verən "Nar" operatoru da bu gözəl fürsətdən yararlandı.

Premyera öncəsi kinoteartrın foyesində quraşdırılmış "Nar" masasında fərqli bir təcrübə yaşandı. "Nar" masası gənclərin diqqətini cəlb etdi. İşə qəbul prosesi formatında aparılan söhbət zamanı maraq kəsb edən iştirakçıların tərcümeyi-halları, onlar haqqında digər vacib məlumatlar toplandı. Son dərəcə məhsuldar və maraqlı keçən görüşdə jurnalistlər, blogerlər, və müxtəlif şirkət nümayəndələri iştirak etdilər.

Bu görüş bacarıqlı, istedadlı və savadlı kadrların "Azerfon" şirkətində işə cəlb edilməsi perspektivləri baxımından çox səmərəli oldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti