Azərbaycan, Bakı, 13 noyabr /Trend/
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti Türkiyənin ilk və aparıcı rəqəmsal televiziya yayım platforması olan Digiturk şirkəti ilə yeni tərəfdaşlığa başladığını elan edir. Digiturk ilə uzunmüddətli tərəfdaşlıq çərçivəsində Bakcell İP və mobil əsaslı xidmətlər üzrə Digiturk şirkətinin Azərbaycanda eksklüziv tərəfdaşı olaraq, bütün Bakcell müştəriləri üçün geniş çeşidli TV məzmunu, xüsusilə futbol azarkeşləri üçün LİG TV kanalını təqdim edəcək.
Bu tərəfdaşlığın bir hissəsi kimi, Bakcell "Qoş və Coş" xidməti çərçivəsində özünün əyləncəli xidmətlər paketini təqdim edir. "Digiturk"lə tərəfdaşlıq bu paket daxilində ilk xidmətdir və gələcəkdə abunəçilərə maraqlı video məzmun təqdim edəcək başqa bir layihə ilə tanış olacaqlar. İndi Bakcell abunəçiləri yüksək sürətli 4G LTE xidməti ilə Digiturk şirkətinin təqdim etdiyi 100-dən çox populyar kanalı istənilən yerdə və istənilən zaman izləmək imkanına malikdirlər.
"Bakcell hazırda Azərbaycanda ən qabaqcıl və ən böyük 4G LTE operatorudur. Bu təkliflə biz abunəçilərimizə təqdim etdiyimiz nadir xidmətlərin sayını artırırıq ki, onlar bizim yüksək sürətli LTE şəbəkəmizdən tam faydalana bilsinlər. Biz Türkiyənin ilk və ən böyük rəqəmsal platforması olan "Digiturk"lə tərəfdaşlıqdan məmnunuq. Bu tərəfdaşlıq əlaqələri sayəsində Bakcell öz abunəçilərinin sevimli TV kanallarını onlara daha da yaxınlaşdırır və sadəcə bir toxunuşla həmin TV proqramları izləmələrinə imkan yaradır. Biz inanırıq ki, canlı TV kanalları, təkrar izləmə imkanı və bir çox başqa formalarda xidmətlərin Azərbaycanda ilk dəfə olaraq istifadəyə verilməsi bizim mobil internet xidmətinə yeni bir məna verəcək və abunəçilərimiz üçün daha çox dəyər yaradacaq. LİG TV kimi premium idman kanallarını izləmək abunəçilərimizə Bakcell xidmətlərindən daha çox yararlanmaq şansı verəcək", - deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.
Digiturk şirkətinin LİG TV idman kanalı hazırda Türkiyə Super Liqasının yayım hüquqlarına sahibdir. Öz həyatlarını futbolsuz təsəvvür edə bilməyən Bakcell abunəçiləri LİG TV-də yayımlanan eksklüziv kontenti güzəştli qiymətlərlə izləmək imkanına malik olacaq.
Digiturk şirkətinin baş icraçı direktoru Ertan Özerdem: "Digiturk olaraq, biz Türkiyə ilə çox güclü mədəni və tarixi əlaqələrə malik olan Azərbaycanda xarici sərmayələrimizi yatırmaqda davam edirik. Bu çərçivədə, biz fəaliyyət göstərdiyi sektorda nüfuzlu brendə sahib olan Bakcell şirkəti ilə müqavilə imzalamışıq. Bu müqavilə Türkiyə Futbol Liqası, Türkiyə Basketbol Liqası oyunlarının və "Digiturk"ün 100-dən çox müxtəlif kanallarının Bakcell abunəçiləri üçün yayımını əhatə edir. Bu müqavilə sayəsində biz "Digiturk"ün innovativ IP və mobil xidmətlərini qonşu ölkədə yaşayan dostlarımıza təqdim edə biləcəyik. Ümid edirəm ki, bu əməkdaşlıq hər iki tərəf üçün çox uğurlu və faydalı olacaq. Rəqəmsal yayım sahəsində Türkiyənin aparıcı texnoloji şirkəti olaraq, biz insanların həyatının daha da yaxşılaşdırılmasına hədəflənən yeni layihələr yaratmaqda davam edəcəyik və bu istiqamətdə Bakcell ilə əməkdaşlıq etməkdən çox məmnunuq".
Digiturk Mobil TV tətbiqetməsindən həm iOS, həm də Android platformasından istifadə edən Bakcell abunəçiləri yararlana bilərlər. Həmçinin, aşağıda təqdim olunan link vasitəsi ilə abunəçilər kanalları fərdi kompüter və noutbuklarında internet üzərindən izləyə bilərlər: http://www.digiturkplay.com/
Aktivasiya kodu yeni təklifə abunə yazılan bütün abunəçilərə verilir.
***
Digiturk kanallarını mobil cihazlarda və masaüstü kompyuterlərdə izləmək üçün Bakcell xüsusi mobil paketini təqdim edəcək. "Digiturk"ün mobil xidmət paketlərini seçərək, Bakcell abunəçiləri 100-dən çox məşhur televiziya kanalı ilə təqdim olunan eksklüziv futbol, idman, xəbərlər və əyləncə məzmunundan zövq alacaqlar. TV kanallarının siyahısını bu linkdən əldə edə bilərsiniz: digiturk.bakcell.com
Sür@ paketlərindən birini alan bütün Bakcell abunəçiləri Digiturk Mobil Yayımına pulsuz abunə yazıla biləcəklər. Paketi aldıqdan sonra, abunəçilər hesabı onlayn aktivləşdirmək üçün 24 saat ərzində aktivasiya kodunu və linki alacaqlar. Aktivləşdirmə kodu 7 gün ərzində qüvvədə olacaq.
Bakcell öz abunəçilərinə data kartlar və planşetlər üçün 4 tarif təklif edir:
Data Karlar və planşetlər üçün |
||||
Paketlər |
Həcm |
Aylıq bonus |
Qiymət |
Aktivləşdirmə |
Sür@ planşet |
5 GB |
5 GB |
15 AZN/ay |
*134*55#YES |
Sür@ - 1 |
10 GB |
5 GB |
20 AZN/ay |
*134*105#YES |
Sür@ - 2 |
35 GB |
5 GB |
40 AZN/ay |
*134*355#YES |
Smartfonlar və planşetlər üçün |
||||
Paketlər |
Həcm |
Aylıq bonus |
Qiymət |
Aktivləşdirmə |
Sür@ smartfon |
1 GB |
2 GB |
10 AZN/ay |
*134*3#YES |
Yuxarıda göstərilən paketlərdən hər hansı birini almaqla, Bakcell abunəçiləri mobil cihazlarında (smartfon, planşet) internetdən istifadə etmək və Digiturk kanallarını izləmək, eləcə də pulsuz Digiturk SPORT TV paketinə abunə yazılmaq üçün data trafiki əldə edəcəklər.
***
Bu yeni xidmət Bakcell abunəçilərinə sevdikləri Digiturk kanallarını mobil telefonlarında zövqlə izləmək imkan verəcək.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. "Bakcell"in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olamqla əhalinin 93%-ni əhatə edir. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G Sür@ xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell özünün 4-cü Sür@ brendinin - 4G LTE xidmətinin kommersiya istifadəsinə verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4-cü Sür@ xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.
***
Digiturk haqqında
1999-cu ildə yaradılmış Digiturk şirkəti rəqəmsal televiziya yayımı xidmətləri üzrə fəaliyyətinə 2000-ci ildə başlamışdır. Türkiyənin ilk rəqəmsal platforması olaraq, Digiturk bir neçə televiziya, radio, musiqi və interaktiv kanallarının vasitəsilə yüksək keyfiyyətli rəqəmsal video və audio yayım xidmətlərini təklif edir.
21-ci əsrin ən müasir texnologiyalarından istifadə edərək TV tamaşaçı vərdişlərini transformasiya edən və formalaşdıran Digiturk Türkiyənin aparıcı rəqəmsal platforması kimi mövqeyini uğurla qoruyub saxlamaqdadır. Digiturk Türkiyənin texnologiyaya investisiyalar yatıran birincilər arasında yer tutur və Avropada məşhur rəqəmsal platforma kimi tanınır. Daha ətraflı məlumat üçün bu səhifəni ziyarət edin: http://www.digiturk.com.tr/