...

Azərbaycanın mobil operatoru internet vasitəsilə səsli servis işə salır

Telekommunikasiya Materials 7 Fevral 2016 12:08 (UTC +04:00)
"Azercell Telecom" MMC yaxın vaxtlarda Wi-Fi (Voice over Wi-Fi) vasitəsilə səsli xidmətlər servisini işə salacaq.
Azərbaycanın mobil operatoru internet vasitəsilə səsli servis işə salır

Bakı. Hüseyn Vəliyev - Trend:

"Azercell Telecom" MMC yaxın vaxtlarda Wi-Fi (Voice over Wi-Fi) vasitəsilə səsli xidmətlər servisini işə salacaq. Bunu Trend-ə şirkətdən deyiblər.

Hazırda "Voice over Wi-Fi" servisinin "Azercell" şəbəkəsində kommersiya istismarına verilməsi prosesi gedir.

Xidmət "Azercell" abonentlərinə zəngləri "Wi-Fi" şəbəkəsinə qoşulmaqla həyata keçirməyə imkan verəcək. Servisdən istifadə etmək üçün artıq əlavələrdən yararlanmağa ehtiyac yoxdur. Şirkətə müraciət edərək xidməti aktivləşdirmək kifayət edir. Operatorların şəbəkələrinə edilən zənglərin tarifləri operatorların qüvvədə olan tariflərınə uyğun müəyyənləşdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti