...

"Nar" tələbələr arasında informatika üzrə olimpiadanı dəstəkləyib

Telekommunikasiya Materials 18 May 2016 15:46 (UTC +04:00)
“Nar” 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın dəstəkləyib.
"Nar" tələbələr arasında informatika üzrə olimpiadanı dəstəkləyib

Trend-i buradan izləyin

Bakı. Trend:

"Nar" 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan "Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası"nın dəstəkləyib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun və "Nar"ın dəstəyi ilə keçirilən "Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası"nın məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağının artırılması, habelə sahə üzrə seçilən tələbələrin beynəlxalq olimpiadalara cəlb edilməsidir.

Bu Olimpiadaya digər illərdən fərqli olaraq da çox sayda iştirakçı qatılmışdır. Bakı şəhərində yerləşən universitetlərlə yanaşı regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələri, o cümlədən Naxçıvan, Gəncə, Mingəçevir və Sumqayıt Dövlət universitetlərinin, Azərbaycan Texnologiya Universitetinin tələbələrindən ibarət, ümumilikdə 22 ali təhsil müəssisəsindən 55 komanda Olimpiadada iştirak etmişdir. Olimpiada mövcud qaydalara əsasən iki mərhələdə keçirilmişdir. 13 ali təhsil müəssisəsindən ən yaxşı nəticə göstərən 13 komanda Olimpiadanın final mərhələsinə vəsiqə qazanmışdır.

Qeyd edək ki, "Nar"ın bu olimpiadaya göstərdiyi dəstək korporativ sosial məsuliyyət strategiyası çərçivəsində təhsilə və gənclərə yönəlmişdir. "Nar"ın KSM siyasəti daxil olmaqla, mobil operator haqqında bütün məlumatları nar.az səhifəsindən öyrənə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti