...

İnter AZ kanalı Ailə TV-nin İPTV xidmətində

Telekommunikasiya Materials 2 Fevral 2017 13:28 (UTC +04:00)
Ailə TV-nin İPTV xidmətində İnter AZ kanalının yayımı bərpa olunub.
İnter AZ kanalı Ailə TV-nin İPTV xidmətində

Bakı. Trend:

Ailə TV-nin İPTV xidmətində İnter AZ kanalının yayımı bərpa olunub.

"Caspian Telecom" mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dünya azərbaycanlıları kanalı olan, İnter AZ ölkəmizin sərhədlərindən kənarda fəaliyyət göstərən ilk Azərbaycan kanalıdır. Telekanalın məzmunu tamaşaçılarına əsasən azərbaycançılığı, Azərbaycan dili, mədəniyyəti, milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi təbliğ etməkdən ibarətdir.

Qeyd etmək istəyirik ki, Ailə TV-nin İPTV xidmətində 200-dək TV kanal yayımlanır. Bu kanallardan 12-si yerli, qalanları isə ən baxımlı Türk, Rus və digər xarici kanallardır. Kanalların tam siyası ilə aile.tv saytından tanış olmaq mümkündür.

Ailə TV-nin İPTV xidmətinə qoşulmaq üçün sadəcə Ailə TV Player cihazı əldə etmək kifayətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti