...

"Zvooq" xidməti əhvalınızın musiqisi olacaq

Telekommunikasiya Materials 13 Fevral 2017 16:34 (UTC +04:00)
"Azercell Telekom" MMC öz abunəçiləri üçün daha bir xidməti təkmilləşdirərək, onların ixtiyarına verib.
"Zvooq" xidməti əhvalınızın musiqisi olacaq

Bakı. Trend:

"Azercell Telekom" MMC öz abunəçiləri üçün daha bir xidməti təkmilləşdirərək, onların ixtiyarına verib.

Şirkətdən Trend-ə verilən məlumata görə, artıq "Azercell" abunəçilərinə "Zvooq" xidmətinin premium versiyası vasitəsilə istənilən musiqini dinləmək və yeni musiqi parçaları əlavə edərək öz "pley list"ini yaratmaq imkanı verir.

Xidmətə qoşulmaq üçün "Google Play" və ya "AppStore"dan mobil tətbiqi yükləmək, qeydiyyat üçün sadəcə tətbiqdə mobil nömrəni daxil edib, əvəzində SMS vasitəsilə gələn unikal kodu təkrarən mobil tətbiq üzərindən əlavə etmək lazımdır.

Qeyd edək ki, xidmət 10.02.2017-ci il tarixindən etibarən bütün abunəçilərin istifadəsinə təqdim olunub. Həmin tarixdən xidmətə qoşulanlar ilk aylıq (30 günlük) istifadə müddəti ərzində Zvooq xidmətindən ödənişsiz yararlana bilirlər. Bu (30 günlük) müddət bitdikdən sonra, həmçinin 10.03.2017-ci il tarixindən etibarən xidmətə qoşulanlar, 4,5 AZN xidmət haqqı ödəməklə xidmətdən 30 günlük istifadə edəcəklər. Aylıq abunə haqqı müqabilində xidmətə qoşulma hər ay avtomatik yenilənir. "Zvooq" xidməti abünəçinin istifadə etdiyi internet paketin trafikindən hesablanacaq.

Abunəçilər "Azercell Telekom" MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəsindən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi - SimSim abunəçiləri (012) 4904949/2002, Fakturalı xətt abunəçiləri (012) 4905252/6565, E-poçt: [email protected]; [email protected], o cümlədən onlayn müştəri xidmətləri) müraciət etməklə almaq imkanına malikdirlər.

Beləliklə, "Zvooq" xidmətinə ilə siz əhvalınıza uyğun istənilən musiqini istədiyiniz anda dinləyə biləcəksiniz.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı "Azercell Telekom" MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan "Azercell"in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər "Azercell"in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana "Azercell" gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən "Azercell Ekspres" ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə "Azercell" ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim edib. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan "Global Wireless Solutions" şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən "Azercell" şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti