...

Jurnalislər üçün pulsuz ingilis dili kursları onlayn rejimdə olacaq

Telekommunikasiya Materials 10 May 2017 15:14 (UTC +04:00)
"Azercell Telekom" MMC daha bir yeniliyə imza atır.
Jurnalislər üçün pulsuz ingilis dili kursları onlayn rejimdə olacaq

Bakı. Trend:

"Azercell Telekom" MMC daha bir yeniliyə imza atır. Belə ki, 7 ildir jurnalistlər üçün təşkil olunan ingilis dili kursları artıq online rejimdə keçiriləcək.

Şirkətdən Trend-ə verilən məlumata görə, kursların online rejimdə təşkil olunması rəqəmsallaşan həyatımızda media nümayəndələrinin işini asanlaşdıracaq, kurslara daha çox jurnalistin cəlb olunmasına şərait yaradacaq.

Kurslara qatılmaq üçün media nümayəndələri [email protected] ünvanına istək ərizələrini göndərməlidirlər. Ərizələr 10.05.17 -13.05.17 tarixləri arası qəbul olunacaq. Müraciət etmiş ilk 50 jurnalist ingilis dili kurslarına qatıla biləcək.

Kurslarda media nümayəndələrinin səviyyəsi və bilikləri yoxlanıldıqdan sonra hər biri özəl kurs üzrə dərslərə başlayacaq. Dərslər 6 ay davam edəcək. KİV nümayəndələrinin inkişafına yönələn bu layihə ilə Azercell şirkəti onların peşəkar bacarıqlarının artırılmasına və beynəlxalq əlaqələrinin qurulmasına dəstək olmağa davam edəcək. Kursların məqsədi Azərbaycanlı jurnalistlərin ingilis dilini öyrənməsinə kömək etmək, onların ingilis dilli mənbələrdən sərbəst istifadəsinə yardımçı olmaqdan ibarətdir.

Məlumat üçün bildirək ki, bü günə kimi 7 il ərzində 200-dən çox KİV nümayəndəsi Azercell-in təşkil etdiyi ixtisaslaşmış xarici dil kurslarında iştirak edib. Kursların uğurlu tədrisi sayəsində jurnalistlər ingilis dilinin qrammatikası, danışıq və yazı bacarıqlarına yiyələniblər. Bundan əlavə hər tədris ilinin sonunda dərslərdə fərqlənən 2 media nümayəndəsi Böyük Britaniyaya ingilis dilinin təkmilləşdirilməsi kursuna göndərilib.

Xatırladaq ki, Azercell Telekom fəaliyyətdə olduğu müddət ərzində media nümayəndələri üçün daim maraqlı layihələr təşkil edib. Azercell yeganə mobil operatordur ki, sırf KİV işçiləri üçün xüsusi güzəştli tarif planı - Mediacell tarifini hazırlayıb. Şirkət eyni zamanda jurnalistlərin peşəkarlığının artırılmasına yönəlik xeyli sayda təlim və layihələr həyata keçirib.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim edib. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan "Global Wireless Solutions" şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti