...

Saleh Məmmədov: Azərbaycanla Çin arasında ticarət dövriyyəsi ötən il 1 mlrd. 200 mln dollar olub (FOTO)

Telekommunikasiya Materials 15 Mart 2018 14:11 (UTC +04:00)
Çin Xalq Respublikası höküməti tərəfindən Azərbaycan hökümətinə texniki yardım layihəsi çərçivəsində Avtomobil Yolları Dövlət Agentliyinin yol-istismar texnikaları ilə təmin olunması üzrə icra müqaviləsinin imzalanma mərasimi keçirilib.
Saleh Məmmədov: Azərbaycanla Çin arasında ticarət dövriyyəsi ötən il 1 mlrd. 200 mln dollar olub (FOTO)

Bakı. Trend:

Çin Xalq Respublikası höküməti tərəfindən Azərbaycan hökümətinə texniki yardım layihəsi çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yol-istismar texnikaları ilə təmin olunması üzrə icra müqaviləsinin imzalanma mərasimi keçirilib.

Agentlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan tərəfindən AAYDA-nin İdarə Heyətinin sədri Saleh Məmmədov və Nəqliyyat İdarəsinin rəisi Elşən Cəfərov, qarşı tərəfdən isə Çin Xalq Respublikasının Ticarət Nazirliyi tərəfdən səlahiyyətli nümayəndələr Liang Vei və xanım Lili Zhang, Çinin Azərbaycandakı səfirliyinin məsul işçiləri, səfirin ticarət və iqtisadi məsələlər üzrə müşaviri Van Çunqan, köməkçisi Ven Qoxuey iştirak ediblər.

Saleh Məmmədov qonaqları salamlayaraq Çin höküməti və xalqına dərin hörmətini bildirərək ölkələrimiz arasında olan dost münasibətlərinin xalqlarımız arasında da təzahür etdiyini qeyd edib. Dövlət Agentliyinin İdarə Heyətinin sədri Çin nümayəndə heyətinə 112 adda müxtəlif nəqliyyat vasitələri, yol inşaat və yol təmir texnikalarının yardım şəklində rəhbəri olduğu quruma verilməsini yüksək qiymətləndirərək, bu addımın vaxtında atılmış dost köməyi kimi dəyərləndirib.

Öz növbəsində Çinin ölkəmizdəki fövqaladə və səlahiyətli səfirinin müşaviri Van Çunqan da deyilən xoş sözlərə görə, minnətdarlığını bildirərək əlavə edib ki, 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin son 26 ildə rekord həddə, 1 mlrd. 200 mln USD həcmində olduğunu xüsusi olaraq vurğulayıb. Van Çunqan ölkələrimiz arasında bütün sahələrdə böyük irəliləyişlərinin olmasını qeyd edərək gələcəyə inamla baxdıqlarını söyləyib.

Görüşün sonunda qeyd olunan nəqliyyat vasitələrinin və texnikaların Azərbaycana gətirilməsi üçün icra müqaviləsinin imzalanması keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti