...

Azərbaycanla Çexiya nəqliyyat və İKT sahəsində layihələrin həyata keçirilməsi üzrə əməkdaşlıq imkanlarını müzakirə edib

Telekommunikasiya Materials 13 Sentyabr 2018 20:39 (UTC +04:00)
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Çexiyanın sənaye və ticarət naziri Marta Novakova ilə görüşüb.
Azərbaycanla Çexiya nəqliyyat və İKT sahəsində layihələrin həyata keçirilməsi üzrə əməkdaşlıq imkanlarını müzakirə edib

Bakı. Trend:

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Çexiyanın sənaye və ticarət naziri Marta Novakova ilə görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, qonaqları salamlayan nazir bildirib ki, Çexiya ilə Azərbaycan arasında əlaqələr inkişaf edir və belə görüşlər əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli rol oynayır.

R.Quluzadə ölkəmizdə nəqliyyat və İKT sektorunda aparılan islahatlar, həyata keçirilən regional və yerli əhəmiyyətli layihələr, planlaşdırılan işlər barədə nümayəndə heyətinə ətraflı məlumat verib.

Eyni zamanda, görüşdə nazirlər ölkələrimiz arasında müvafiq sahələrdə əlaqələrin genişləndirilməsi, informasiya texnologiyalarının inkişafı, o cümlədən nəqliyyat və İKT sahəsində layihələrin həyata keçirilməsi üzrə əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti