Bakı. Sara İsrafilbəyova - Trend:
Azərbaycanda İKT sahəsi dövlətin düzgün strategiyası və dövlətlə özəl sektor arasında uğurlu əməkdaşlıq sayəsində inkişaf edir.
Trend-in məlumatına görə, bunu Beynəlxalq Elektrorabitə İttifaqının (ITU) MDB ölkələri üzrə Regional şöbəsinin rəhbəri Kirill Oparin Bakıda kibertəhlükəsizlik həftəsi çərçivəsində keçirilən “Dayanıqlı və təhlükəsiz bulud mühiti” konfransında deyib.
O xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Davos forumunda çıxışı zamanı ölkənin inkişafının innovasiyalardan və yeni texnologiyaların tətbiqindən asılı olacağını deyib:
“İndi biz əminliklə deyə bilərik ki, Azərbaycan Prezidentinin sözləri həqiqətdir”.
K.Oparin əlavə edib ki, regionun bütün ölkələri infrastrukturun və rəqəmsal iqtisadiyyatın inkişafı strategiyası və planlarını dövlət səviyyəsində reallaşdırır.