Bakı. Trend:
"Facebook"un əməkdaşları Yeni Zelandiyada məscidlərə edilən hücumların sosial şəbəkədə yerləşdirilən 1,5 milyondan artıq videosunu siliblər.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə sosial şəbəkənin rəsmi nümayəndəsi Miya Qarlik bildirib.
M.Qarlik deyib: "İlk 24 saat ərzində 1,5 milyon video silinib. Onların 1,2 milyonu yüklənmə mərhələsində silinib".
Rəsmi nümayəndə qeyd edib ki, sosial şəbəkənin əməkdaşları bu istiqamətdə işlərini davam etdirirlər.