...

Hesab.az-da Aile TV + Internet ödənişlərinə 5 azn endirim

Telekommunikasiya Materials 21 Noyabr 2019 15:15 (UTC +04:00)
Ailə TV ilə Hesab.az yeni kampaniyaya start verir.
Hesab.az-da Aile TV + Internet ödənişlərinə 5 azn endirim

Bakı. Trend:

Ailə TV ilə Hesab.az yeni kampaniyaya start verir. Noyabrın 20-dən dekabrın 5-dək Hesab.az-da Ailə TV/NET xidmətlərindən birini ödəyən istifadəçilər, Ailə TV + Ailə NET paketini endirimlə əldə edəcəklər. Belə ki, ilk dəfə Ailə TV + Ailə NET paket olaraq əldə edənlər ilk 3 ay olmaqla hər ay 5 AZN endirim qazanacaqlar.

Beləliklə 200 TV kanal + 36 Mbit/s internetə görə aylıq abunə ilk 3 ay 28 deyil, 23 azn təşkil edəcək. https://hesab.az/#/ailetv

Güzəşt əldə etmək üçün xidmətlərin ödənilməsi zamanı İnternet xidmətini mövcud tarif üzrə, TV xidmətini isə mövcud tarifdən -5 azn olmaqla keçimək gərəkir. (*Kabel TV xidmətində aylıq abunə haqqı gecikən abunəçilərin qalıqında yığılacaq borc məbləğini də ödəmələri tələb olunur)

05.12.2019 tarixinədək davam edəcək bu kampaniya, Ailə TV rəqəmsal kabel tv, IPTV və internet abunəçiləri üçün keçərlidir.

Daha ətraflı məlumat üçün 24 saat xidmət göstərən (012) 920 çağrı mərkəzinə zəng etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti