...

“AzInTelecom”un pandemiya dövründəki fəaliyyəti

Telekommunikasiya Materials 17 Avqust 2020 10:01 (UTC +04:00)

Bakı. Trend:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC koronavirus (COVID-19) pandemiyası dövründə də fasiləsiz və uğurlu fəaliyyətini davam etdirir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, qurum tərəfindən beynəlxalq və yerli videokonfransların keçirilməsi üçün yüksək səviyyədə texniki hazırlıq işləri görülüb və videobağlantıların davamlılığı üzrə müvafiq addımlar atılıb.

Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə koronavirus pandemiyası ilə mübarizə mövzusunda keçirilmiş Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü “AzInTelecom” MMC-nin “Azcloud” bulud infrastrukturu əsasında təşkil olunub.

Həmçinin, Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə “COVID-19-a qarşı birlikdəyik” mövzusunda baş tutmuş Zirvə görüşündə “Azcloud” üzərindən həm yüksək keyfiyyətli görüntü, həm də informasiya təhlükəsizliyi təmin edilib. Bununla yanaşı, hərəkata üzv dövlətlərin koronavirusa qarşı mübarizədə tibbi, sosial və humanitar ehtiyaclarının əks olunduğu vahid məlumat bazasını www.namazerbaijan.org saytında yerləşdirmək üçün proqram təminatı yaradılıb.

2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunları ilə bağlı videokonfrans şəklində keçirilmiş müşavirə də “Azcloud” bulud həlləri infrastrukturunun əsasında təşkil edilib.

Qeyd edək ki, Türk Şurasına üzv olan dövlətlərin nəqliyyat, səhiyyə, iqtisadiyyat, gömrük sahələri üzrə rəhbərlərinin onlayn görüşləri və Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri ilə video görüş də “Azcloud”un infrastrukturu üzərindən baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti