...

Jurnalistlər üçün keçirilən müsabiqənin nəticələri açıqlanıb (FOTO)

Telekommunikasiya Materials 29 Dekabr 2020 13:23 (UTC +04:00)
Jurnalistlər üçün keçirilən müsabiqənin nəticələri açıqlanıb (FOTO)

Bakı. Trend:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı, “Azercell Telekom” MMC-nin dəstəyilə jurnalistlər arasında “Innoweek – İnnovasiya həftəsi 2020”yə həsr olunmuş müsabiqənin nəticələri açıqlanıb.

Münsiflər heyətinin qərarına əsasən, “Innoweek – İnnovasiya həftəsi 2020” haqqında ən yaxşı veriliş nominasiyasında ARB televiziyasının “İş vaxtı” verilişi seçilib. Proqramda ümumilikdə “Innoweek – İnnovasiya həftəsi 2020” haqqında geniş məlumat verilib. Studiyaya dəvət olunan qonaqla həftənin ən mühüm tədbirləri müzakirə olunub, canlı bağlantılar edilib.

Ən yaxşı TV süjet CBC televiziyasında yayımlanıb. Jurnalist Nigar Rəhmanovanın hazırladığı süjet “Kibertəhlükəsizlik” mövzusu və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin yaratdığı “Ağıllı həllər”ə həsr edilib.

Ən yaxşı məqalə nominasiyasının qalibi “Oxu.az” saytı olub. Müəllif İlhamə Əbülfət qadınların İKT-dəki rolunu, bu sahədə görülən işləri və yaradılan şəraiti ətraflı araşdırıb.

Qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti