Bakı. Trend:
Azərbaycanın aparıcı mobil operatorları olan Azercell, Bakcell və Nar Mobile Rusiyanın SberBankı tərəfindən ödəniş sisteminə qoşulublar.
Trend-in "Nezavisimaya qazeta"ya istinadən verdiyi məlumata görə, artıq mobil nömrələrin hesabını "SberBank Onlayn" proqramı və ya xüsusi ödəniş terminalları vasitəsilə artırmaq olar.
Bildirilir ki, bütün ödənişlər komissiyasızdır.