...

Apple iOS cihazları tətbiqində 3D şəhər xəritələrini təqdim edib

Telekommunikasiya Materials 28 Sentyabr 2021 08:29 (UTC +04:00)
Apple iOS cihazları tətbiqində 3D şəhər xəritələrini təqdim edib

Bakı. Trend:

"Apple" "iOS 15" ilə işləyən cihazların istifadəçilərinə dünyanın ən böyük şəhərlərini 3D formatında görməyə imkan verən Maps tətbiqi kimi yeniləmə təqdim edib.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş press-relizdə deyilir.

"Apple Maps" ticarət bölgələrinin, limanların, binaların və daha çox yerlərın xırda detallara qədər təsvirini verən 3D xəritələri ilə şəhərləri naviqasiyada izləmək üçün yeni vasitə təqdim edir", - məlumatda bildirilir.

Tətbiqdə London, Los Anjeles, Nyu York və San Fransiskonun üçölçülü xəritələri artıq mövcuddur. Yaxın gələcəkdə bura Filadelfia, San Dieqo və Vaşinqtonun xəritələri əlavə ediləcək. Monreal, Toronto və Vankuver gələn il siyahıda yer ala bilərlər.

Açıqlamada yeniləmədə velosiped marşrutları, sürətə nəzarət kameraları və qəza xəbərlərinin əlavə edildiyi deyilir. Bundan əlavə, istifadəçilər istədiyi mağaza və ya restoranın yerini və iş saatlarını göstərən hava limanlarının və ticarət mərkəzlərinin xəritələrini də aça biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti