Bakı. Trend:
Sony növbəti nəsil konsolu 2027-ci ildən tez buraxmayacaq.
Trend xəbər verir ki, bu barədə mənbələrə istinadən "Eurogamer" portalı məlumat yayıb.
"PlayStation 6"nın buraxılış vaxtı haqqında məlumat, "Sony"nin etiraz etdiyi "Microsoft" və "Activision Blizzard" arasında müqavilənin Böyük Britaniyada davam edən təhqiqatının bir hissəsi olaraq ictimaiyyətə açıqlanan sənəd sayəsində əldə edilib.
"Sony"nin şirkətindən bildirib ki, "Microsoft" tərəfindən oyun studiyasının alınması 2027-ci ildə "PlayStation"ın növbəti nəsli buraxılana qədər yaponların məşhur "Call of Duty" franşizasını itirməsinə səbəb ola bilər.
Beləliklə, "Sony" yaxın gələcəkdə "PS6"nın satışa çıxarılması planlarını təsdiqlədi. 2027-ci ilə qədər "PlayStation 5"in həyat dövrü yeddi il olacaq. Eyni zamanda, 2013-cü ildə buraxılan PS4 hələ də aktualdır.