...

Mövcud geosiyasi vəziyyətdə kiberhücumların sayının artması müşahidə olunur - Elvin Şahverdiyev

Telekommunikasiya Materials 25 Noyabr 2022 16:57 (UTC +04:00)
Mövcud geosiyasi vəziyyətdə kiberhücumların sayının artması müşahidə olunur - Elvin Şahverdiyev
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Mövcud geosiyasi vəziyyətdə kiberhücumların sayının artması müşahidə olunur.

Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan Mərkəzi Bankın İnformasiya təhlükəsizliyi departamentinin rəhbəri Elvin Şahverdiyev VI Beynəlxalq bankçılıq forumunda deyib.

Onun sözlərinə görə, bu baxımdan, kiberhücumlarla mübarizədə süni intellektin istifadəsi daha da aktuallıq qazanır.

E.Şahverdiyev bildirib ki, Mərkəzi Bank Dünya Bankının dəstəyi ilə Azərbaycanın ilk 10 bankı arasında informasiya təhlükəsizliyinin vəziyyəti barədə sorğu keçirib.

"Sorğu nəticəsində məlum oldu ki, 10 bankdan 9-u informasiya təhlükəsizliyi sektoruna diqqət ayırmağı prioritet hesab edir. Amma bütün bankların insidentlərin üzə çıxarılması və reaksiyası üzrə xüsusiləşdirilmiş mərkəzləri olsa da, yalnız üç bank bu xidməti fasiləsiz göstərir. Yeni strategiyada bu məsələyə diqqət ayrılacaq", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti