...

“Aztelekom” və “Bakı Telefon Rabitəsi” yeni rəqəmsal TV xidmətini təqdim edir

Telekommunikasiya Materials 16 Fevral 2023 16:11 (UTC +04:00)
“Aztelekom” və “Bakı Telefon Rabitəsi” yeni rəqəmsal TV xidmətini təqdim edir

Bakı. Trend:

İndi “Aztelekom” və “Baktelecom”un fiber-optik internet xidməti (GPON-Gigabit Passive Optical Networks) üzərindən təmin olunan yeni TV xidməti – Tvin TV-ni əldə edən abunəçi ümumi 247 TV kanalından 57-ni HD yayım keyfiyyətində izləmək imkanı əldə edəcək. Tvin TV-nin heç bir yaddaş kartı olmadan verilişlərin 7 günlük arxivini izləmək və “YouTube”, “Netflix” kimi tətbiqlərdən istifadə etmək kimi üstünlükləri var.

Qeyd etmək lazımdır ki, Tvin TV həm adi TV, həm də Smart TV funksiyalarına malikdir.

“Aztelekom” Tvin TV-ni əldə etmək istəyən abunəçilərinə 3-ü 1-də paketini 27 AZN-ə, “Baktelecom” isə 29 AZN-ə təqdim edir. Bu paketə telefoniya, 30 mbit/s GPON texnologiyalı internet və TV xidmətləri daxildir.

4K keyfiyyəti özündə ehtiva edən xidmətin digər üstünlükləri aşağıdakı kimidir:

Rahatlıq:

  • 24/7 dəstək
  • valideyn nəzarəti funksionallığı
  • asan istifadə
  • kabellərə və antenlərə ehtiyac yoxdur

Sərfəli:

Məlumat üçün bildirək ki, rəqəmsal TV xidmətinə yalnız “Aztelekom” və “Baktelecom”un GPON xidməti olan ünvanlardakı abunəçilər qoşula bilərlər.

Bu paket daxilində 30 mbit/s internet təklif edilsə də, abunəçilər seçim əsasında daha yüksəksürətli fiber-optik internet xidmətləri də əldə edə bilərlər. Bu və ya digər xidmətlərə qoşulmaq üçün https://tvintv.az/ saytı vasitəsilə, “TV” sözünü sms ilə 6789 qısa nömrəsinə göndərməklə və ya regional filialların ərazi üzrə xidmət göstərən şöbəsinə (Aztelekom abunəçiləri), Rabitə Xidmətləri Mərkəzlərinə (Baktelecom abunəçiləri) müraciət etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti